Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksadan
Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Şri-Lanka hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan hökumətinə və xalqına ən xoş arzularımı, səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.
Əminəm ki, qarşılıqlı anlaşmaya əsaslanan sıx, səmimi münasibətlərimiz və əməkdaşlığımız ölkələrimizin mənafeyi naminə daha da möhkəmlənəcəkdir.
Zati-aliləri, xahiş edirəm Sizə möhkəm cansağlığı, xoşbəxtlik, rifah, Azərbaycan xalqına isə davamlı tərəqqi və çiçəklənmə diləyimi qəbul edin.
Mahinda Racapaksa
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]