STOKHOLMDA FƏALİYYƏT GÖSTƏRƏN “AZƏRBAYCANIN SƏSİ” RADİOSUNDA 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ VERİLİŞ YAYIMLANMIŞDIR
Bakı 19 yanvar (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsindən bidlirmişlər ki, yanvarın 18-də Stokholm şəhərində fəaliyyət göstərən İsveç-Azərbaycan Federasiyasının nəzdindəki “Azərbaycanın səsi” radiosunda 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş veriliş yayımlanmışdır. Azərbaycan və İsveç dillərində yayımlanan verilişdə Federasiyanın üzvləri qanlı faciənin başvermə səbəbləri, keçmiş sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri, insanlığa sığmayan hərəkətləri barədə ətraflı məlumat vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]