Stokholmda qeyri-qanuni yerləşdirilən muflonlar qoyunçuluq üçün risklər törədir
Stokholm, 30 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Stokholmun bir neçə dairəsində muflonların qeyri-qanuni yerləşdirilməsinə dair şübhələr yaranıb. Stokholm dairəsinin inzibati şurasının şübhəsinə səbəb muflonların daha əvvəl tapılmadıqları və onların qaça biləcəkləri volyerlərin olmadığı yerlərdə görünmələri olub.
AZƏRTAC xəbər verir ki, bu növə əsasən Stokholm arxipelaqının müxtəlif adalarında, eləcə də Stokholmdan cənuba və şimala doğru yerləşən ərazilərdə rast gəlinir.
“Muflonlar məskunlaşdıqları yerlərə çox bağlıdır və həmin yerlərdən böyük məsafəyə uzaqlaşmırlar. Onların müxtəlif adaları üzüb keçmələri və ya böyük məsafə qət etmələri barədə ehtimal çox azdır”, - deyə Stokholm dairəsi inzibati şurasının vəhşi təbiət üzrə mütəxəssisi Yannike Rinq bildirib.
Muflonların vəhşi təbiətə buraxılması ilə bağlı risklərdən biri ev heyvanları olan qoyunlarla cütləşmələridir. Bu isə, öz növbəsində, qoyunçuluqla məşğul olan şəxslər üçün maliyyə fəsadları törədə bilər. Ən böyük təhlükə ondadır ki, muflonlar qoyunlar arasında ölümcül visna-maedi virusunu yaya bilərlər.
Dairənin inzibati şurasının məlumatına görə, vəhşi təbiətdə muflon görən hər kəs polisə müraciət etməlidir. Ovçu lisenziyası olanlara isə bu növ heyvanları ovlamaq tövsiyə olunur.
Bundan əvvəl qeyri-qanuni yerləşdirilməsi ehtimal edilən muflonları Uppsala dairəsinin bəzi yerlərində görmüşdülər. O vaxt da inzibati şura ovçuları həmin heyvanları ovlamağa çağırmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]