SİYASƏT
Strateji Araşdırmalar Mərkəzinin eksperti Vaşinqtonda “Avrasiyanın enerji sisteminin inkişafı: geosiyasi təsirlər” mövzusunda konfransda iştirak edir
Bakı, 3 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Gülmira Rzayeva Vaşinqtonda “Avrasiyanın enerji sisteminin inkişafı: geosiyasi təsirlər” mövzusunda konfransda iştirak edir.
SAM-dan AZƏRTAC-a bildirilmişdir ki, konfrans ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya və Enerji Resursları büroları, Xarici Xidmət İnstitutu tərəfindən təşkil olunmuşdur.
Tədbirdə Dövlət Departamentinin yüksək səviyyəli rəsmiləri və tanınmış enerji ekspertləri iştirak edirlər.