SUMQAYIT BƏLƏDİYYƏSİNİN ƏRAZİ KOMİTƏLƏRİNƏ SEÇKİLƏR KEÇİRİLİR
Sumqayıt bələdiyyəsində bir aydan artıqdır ki, məhəllə komitələrinin hesabat-seçki yığıncaqları keçirilir. Şəhər bələdiyyəsinin sədri Əbülfəz Babayev AZƏRTAC-a bildirmişdir ki, 2004-cü ildə yaradılan komitələrin üzvləri hər iki ildən bir yenidən seçilirlər. Budəfəki seçkilərdə məhəllə komitələrinin sayı dəyişmişdir. Hazırda şəhərin bütün ərazilərini əhatə edən 100 məhəllə komitəsi fəaliyyət göstərir.
Yığıncaqların gündəliyinə digər məsələlərlə yanaşı, narkomaniya ilə mübarizə məsələləri də daxil edilmişdir. Hesabat-seçki yığıncaqları zamanı qaldırılan bütün təklif və problemlər təhlil olunacaq, ümumiləşdiriləcək və şəhər bələdiyyəsinin 2009-cu il üçün sosial inkişafı proqramında nəzərə alınacaqdır.
“Kimyaçılar” qəsəbəsinin məhəllə komitəsi “Ən yaxşı” adı uğrunda müsabiqədə iştirak edən 30 komitə arasında qalib gəlmişdir. Nominantların fəaliyəti 10 kateqoriya, o cümlədən ərazinin sanitariya vəziyyəti, yaşıllığı, yaşayış binalarının və blokların görkəmi, mənzil fondunun və uşaq idman meydançalarının qorunub saxlanması və s. üzrə qiymətləndirilmişdir.