“Sumqayıt” futbol klubu daha iki futbolçu ilə üçillik müqavilə imzalayıb
Sumqayıt, 11 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Futbol üzrə 2019-2020-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu heyətini daha da gücləndirib.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Sumqayıt” futbol akademiyasının yetirmələri və əvəzedici komandanın üzvləri Rüfət və Səbuhi Abdullazadə ilə üçillik müqavilə imzalanıb. Rüfət 20, Səbuhi isə 28 nömrəli formada çıxış edəcəklər.
U-19 millisinin üzvü olan gənc yarımmüdafiəçilər 2017-2018-ci il mövsümündə Premyer Liqada debüt ediblər. R.Abdullazadə həmin mövsümün 11-ci turunda “Keşlə” ilə qarşılaşmada (3:1) Premyer Liqada ilk oyununu keçirib. S.Abdullazadə isə bu uğura 14-cü turda “Kəpəz” ilə oyunda (3:0) nail olub.
Hər iki yarımmüdafiəçi 2017-2018-ci il mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
- 16.10.2026 [01:43]
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]