Sumqayıt küçələrində hərbi qulluqçuların yürüşü keçirilib
Sumqayıt, 26 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Sumqayıt şəhərində hərbi qulluqçuların yürüşü və orkestrin nümunəvi çıxışları təşkil olunub.
AZƏRTAC xəbər verir ki, şəhərin Heydər Əliyev Mərkəzinin qarşısından start götürən yürüş bir sıra küçələri keçərək Sumqayıt Dənizkənarı Bulvarda Bayraq meydanınadək davam edib.
Yol boyu bu maraqlı səhnəni seyr edən şəhər sakinləri və qonalar keçidi alqışlarla qarşılayıblar.