Sumqayıtda tingpaylama aksiyası keçirilib
Bakı, 28 mart, AZƏRTAC
“Bir ağac - min nəfəs” devizi altında keçirilən növbəti tingpaylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində “Bravo” superstorun qarşısında keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə könüllülər tərəfindən vətəndaşlara Eldar şamı, sərv, nar, heyva və xurma tingləri hədiyyə edilib, onlara ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.