REGİONLAR
Sumqayıtlılar Zəfər Günündə şəhidlərin xatirəsini anıblar
Sumqayıt, 8 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
8 Noyabr – Zəfər Günü münasibətilə Sumqayıtdakı “Şəhidlər xiyabanı” memorial kompleksində tədbir keçirilib. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları Səbinə Salmanova, Mehriban Vəliyeva, Elnarə Akimova, Tahir Mirkişili və Zaur Şükürov, həmçinin hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri burada ucalan “Qalib əsgər” abidəsinin önünə tər güllər düzüblər.
Tədbirdə Zəfər bayramına aparan tarixi yol yada salınıb, Müzəffər Ali Baş Komandanın çıxışlarından sitatlar səsləndirilib.
Sonra iştirakçılar Şəhidlər xiyabanında uyuyan qəhrəman oğulların məzarlarını ziyarət edib, onların ailə üzvlərı ilə səmimi söhbət aparıblar.