SÜRÜŞMƏNİN NƏTİCƏLƏRİ ARADAN QALDIRILMIŞDIR
Ötən həftə “Hövsan” və “Əhmədli” yardımçı stansiyalarını birləşdirən 110 kilovoltluq elektrik xətləri dayaqlarının bilavasitə yaxınlığında baş vermiş sürüşmə dayaqların möhkəmliyinə təhlükə yaratmışdı. Sürüşməyə Zığ qəsəbəsinin kanalizasiya sularının qruntu yuyub aparması səbəb olmuşdur. Nəticədə, yarğanın yaxınlığındakı dayaqların dirəkləri arasında çat əmələ gəlmişdir. Çatın böyüməsi dayaqların yıxılmasına və elektrik xətlərinin qırılmasına səbəb ola bilərdi. Bütün bunlar isə iqtisadiyyatda və məişətdə ciddi ziyana gətirib çıxarar, habelə insanların həyatı üçün təhlükə yaradardı.
“Azərenerji” Səhmdar Cəmiyyətinin rəhbərliyi öz gücü və vəsaiti hesabına yeni dayaq quraşdırmaq qərarına gəlmişdir. Sentyabrın 13-dən başlayaraq, Bakı Yüksək Voltlu Elektrik Şəbəkəsinin və “Azərenerjixüsusitəmirtikinti” şirkətinin briqadaları yeni dayaq quraşdırmağa başlamışlar. Hazırda bütün işlər başa çatdırılmış, sürüşmənin nəticələri aradan qaldırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [12:31]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 26.10.2026 [16:04]
Yaxın iki gündə hava necə olacaq? – PROQNOZ
- 26.10.2026 [12:30]
Sabah hava əsasən yağmursuz olacaq
- 26.10.2026 [11:11]
Tədqiqat: Yaşıl istiqrazlara investisiyada etimad amili ön plana çıxır
- 25.10.2026 [12:52]
Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
- 25.10.2026 [11:15]
Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb
- 24.10.2026 [14:46]