Şuşada bayram namazı qılınıb VİDEO
Şuşa, 27 may, AZƏRTAC
İşğaldan azad olunmuş Şuşa şəhərində Qurban bayramı ilə əlaqədar bayramı namazı qılınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib, əmin-amanlıq arzulanıb.
Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.
Müxbir – Tahir Ağaməmmədov