Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşaya uzanan döyüş yolu

Bakı, 3 may, AZƏRTAC

O, Ağdamın Orta Qərvənd kəndinə əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik Raquf Orucovun komandiri olduğu hərbi hissədə qulluq edib. Doğma torpağa, Vətənə olan sevgini ona 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş hissə komandirinin aşıladığını, yaxud qandan-candan gələn bir hiss olduğunu demək, əlbəttə ki, çətindir...

Ötən ilin yayında Tovuzun sərhəd kəndlərində ermənilərin törətdiyi təxribatdan sonra Anar Heydərov cəbhəyə yollanmaq üçün könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Səbail rayon şöbəsinə müraciət edib.

AZƏRTAC xəbər verir ki, oktyabrın 5-də həmin rayon şöbəsindən gələn çağırış əsasında Anar cəbhəyə yollanıb. 25 yaşlı gəncin döyüş yolu Füzuli, Xocavənd, Daşaltı kəndi və Qarabağın baş tacı olan Şuşa şəhərindən keçib.

Onun iştirak etdiyi ən uğurlu əməliyyatlardan birində döyüş tapşırığı belə idi: qruplara bölünərək “Topxana” meşəsindən keçərək Daşaltı kəndinə doğru irəliləyib əlverişli mövqe tutmaq! Ön sırada birinci qrup gedirdi. Anarın daxil olduğu qrup bir qədər arxada irəliləyirdi. Sərt dağlıq ərazi, soyuq iqlim şəraitində Daşaltıya enmək asan deyildi. Erməni hərbçiləri həm sağdan, həm də soldan onların mövqeyini atəşə tuturdu. Quldurların atəşi nəticəsində əsgərlərdən şəhid olanlar oldu, xeyli yaralananlar vardı. Amma nəyin bahasına olursa-olsun, tapşırığı yerinə yetirilməli, mövqeləri tutmalı idi. Bölük komandiri Amil Hüseynov sərrast atəşlə yüksəklikdəki erməni bayrağını vurub aşırdı. Lakin komandir özü də ayağından yaralanmışdı.

Anar xatırlayır: “Çətinliklə də olsa, “Topxana” meşəsini adlayıb Daşaltı kəndinə daxil olduq. Qızğın döyüş gedir, hərbi bölmələrimiz döyüşə-döyüşə kəndin mərkəzinə doğru irəliləyirdi. Düşmən əsgərlərinin gizləndiyi mövqelər lap yaxınlıqda - 100-120 metrlik məsafədə idi. Onların çoxlu itki verdiyi aydın görünürdü, kəndin mərkəzindəki abidənin ətrafı yaralılarla dolu idi. Erməni yaraqlıları Milli Ordu əsgərlərinin hücumu qarşısında tab gətirməyərək qaçmağa üz qoydular. Düşmən əsgərlərini təqib edərkən ətrafdakı yüksəkliklərdən bizi aramsız minomyot atəşinə tuturdular. Ona görə də istiqaməti dəyişib dağa tərəf qalxdıq. Biz ermənilərin nə qədər qorxaq olduğunu bir daha onda gördük. Heç nədən qorxmadan düşmənin üzərinə şığıyırdıq, onlar döyüş mövqeyini qoyub təşviş içində qaçmağa başladılar”.

Mövqe ələ keçiriləndən sonra əsgərlər yaralanmış komandiri özləri ilə dağa qaldırdılar. Belə cəsarətli komandirin bölüyündə döyüşmək bütün əsgərlərə ruh yüksəkliyi verirdi.

Anarla eyni tağımda xidmət edən snayper İlkin Nəzərli həmin vaxt qarın boşluğunun yuxarı hissəsindən yaralanmışdı. Beyləqandan olan çavuş Bəyişli isə Anarın lap yaxınlığında düşmən gülləsinə tuş gəlmişdi. Həmin döyüşdə erməni hərbçiləri əsgərlərimizi minomyotla atəşə tutarkən Göyçaydan olan Qüdrət də şəhidlik zirvəsinə ucaldı.

Noyabrın 6-da gecə vaxtı Daşaltıdan çıxıb 2-3 saata qədər çayın içərisi ilə Şuşaya doğru irəliləyən bölük Xankəndi yolunun yaxınlığında düşmənin qəfil həmləsi ilə qarşılaşdı. Ermənilər hər tərəfdən müxtəlif silahlardan atəş açır, əsgərlərimizin irəliləməsinə mane olmağa çalışırdı. Anar yüngül xəsarət alsa da, onu gizlətməyə çalışımışdı: “Yüksək rütbəli zabitlər vardı ki, qolunun yarısını güllə sıyırıb qoparmışdı, sümüyü görünürdü. Buna baxmayaraq yarasını sarıyıb döyüşə davam edirdi. Bölük komandirimiz ayağından yaralansa da, “mən özüm gələcəyəm, siz mümkün qədər irəli gedin” deyirdi. Lakin əsgərlər yaralı komandirə kömək edərək onu təhlükəli zonadan çıxardılar. Səhərə yaxın çayın içərisi ilə irəliləyib Xankəndi yoluna çatanda ermənilər kasetli bomba atdı, ardınca BTR-lərin köməyi ilə hücuma keçdilər. İtkilərimiz olsa da, mövqelərimizi qoruyub saxlaya bildik. Xankəndi yolunun üzərindəki “Şuşa” istirahət mərkəzinin yaxınlığında ələ keçirilmiş postda möhkəmləndik”.

Noyabrın 8-də onların bölüyü Daşaltıdan qalxaraq Şuşaya daxil oldu. Artıq düşmənin müqaviməti qırılmış, Şuşa şəhəri işğaldan azad edilmişdi. Azərbaycan Ordusu Xankəndi-Şuşa yolunun üstündəki meşəlik ərazidə mövqe tutmuşdu.

Şuşanın ətrafında olan bütün döyüş mövqelərində Anar Heydərovun ayaq izləri var. 44 gün davam edən Vətən müharibəsi başa çatandan sonra manqa komandiri kimi Şuşanın Qaybalı kəndində 26 gün postda dayanıb. “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunması xəbərini də elə orada eşidib.

Yanvarın 1-də onu ordu sıralarından tərxis edərək evə buraxıblar. Dostları müharibədən qələbə ilə dönən Vətən müharibəsi qazisini Bakıda gül-çiçəklə, böyük coşqu ilə qarşılayıblar...

Xatırladaq ki, Anar Heydərov Bakıda doğulub. 2011-ci ildə paytaxtın Səbail rayonunda fəaliyyət göstərən Zəngilan rayon 10 nömrəli tam orta məktəbi bitirib. 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2015-2016-cı illərdə Dənizçilik Kollecində təhsil alıb. Paytaxtda müxtəlif ticarət obyektlərində satıcı işləyib. Ailənin kiçiyidir, bir qardaşı var, subaydır. Bakıda kirayə mənzildə yaşayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB