Süveyş kanalının bağlanması neft qiymətlərini artırıb
Qahirə, 24 mart, AZƏRTAC
Süveyş kanalında irihəcmli yük gəmisinin nasazlığı səbəbindən yaranmış sıxlıq qlobal enerji təchizatında problem yaradıb. AZƏRTAC xəbər verir ki, Misirin nəzarətində olan kanal tezliklə açılsa da, tankerlərin hərəkəti bərpa olunmayıb. Avropa və ABŞ-ın neft tədarükçüləri Yaxın Şərqin ən mühüm marşrutu olan bu kanalın bağlanmasından sonra Şimal dənizindən Asiyaya xam neft göndərilməsini təxirə salıblar. Bunun nəticəsində dünya bazarında neftin qiymətlərində artım müşahidə olunub. “Banchero Costa” gəmiçilik korporasiyasının başçısı Ralf Lezçinski bildirib ki, Avropa ixracatçıları dünyada ən çox sıxlıq olan Süveyş kanalına alternativ marşrutlar axtarmaq məcburiyyətində qalıblar. O, neftə tələbatın artdığı bir vaxtda tankerlərin ABŞ körfəzi, Şimal dənizi, Rusiya və Qərbi Afrikaya təhlükəsiz göndərilməsi üçün bunun vacib olduğunu əlavə edib.
Hazırda Süveyş kanalında Aralıq və Qırmızı dənizlər arasında üzən 100-dən artıq yük gəmisi və tanker hərəkətsiz dayanıb. Kanal vasitəsilə gündəlik 1 milyon barrel xam neft nəql edilirdi. 2020-ci ildə Misirin Süveyş kanalı üzrə tranzit gəlirləri 5,61 milyard dollar azalıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]
Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
- 23.09.2026 [08:53]