Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona
Hörmətli Emoməli Şərifoviç,
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm.
Bu gün Azərbaycan-Tacikistan münasibətləri müvəffəqiyyətlə inkişaf etməkdədir. Çoxşaxəli dostluq əlaqələrimiz əməkdaşlığımızın dərinləşməsi və əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar açır.
Əminəm ki, bu yaxınlarda ölkəmizə rəsmi səfəriniz, Sizinlə apardığımız səmərəli fikir mübadiləsi, imzalanan sənədlər Azərbaycan-Tacikistan dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsi və inkişafı işinə yeni töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə, hörmətli Emoməli Şərifoviç, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Tacikistan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 3 sentyabr 2012-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]