“Taliban”ın hücumları səbəbindən Əfqanıstanın qərbində məktəblər bağlanıb
Bakı, 17 may, AZƏRTAC
Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına əsasən, mayın 17-də “Taliban” hərəkatı ilə döyüşlərin yenidən başladığı Fərah əyalətində bütün məktəblər və kolleclər bağlanıb.
AZƏRTAC Pajhwok agentliyinə istinadla xəbər verir ki, nazirlik bu addımı tələbə və müəllimlərin həyatını qorumaq məqsədi ilə atdığını bildirib. Əyalətdə vəziyyət sabitləşənədək təhsil müəssisələrinin bağlı qalacağı bildirilir.
Xatırladaq ki, mayın 10-u gecə saatlarında “Taliban” hərəkatının təxminən 2 min döyüşçüsü Fərah vilayətinin eyni adlı administrativ mərkəzinə hücum edib. Onlar şəhərdəki polis məntəqəsinin binasını ələ keçirməyə, silah və sursatı qənimət götürməyə müvəffəq olub. Döyüşlərin gedişində 300-dən çox yaraqlı öldürülüb, təhlükəsizlik qüvvələrinin azı 25 əməkdaşı həlak olub.
2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən silahlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]