RƏSMİ XRONİKA
TANZANİYA BİRLƏŞMİŞ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CAKAYA KİKVETEYƏ
Hörmətli cənab Prezident,
Tanzaniyanın milli bayramı - Birlik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 aprel 2007-ci il.