Tarix İnstitutunun alimləri yeni kitablar üzərində işləyirlər
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun alimləri yeni kitablar üzərində işləyirlər.
Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Heydər Əliyev və elmin inkişafı” və “Azərbaycan mədəniyyəti tarixi” kitabları üzərində iş gedir.
Tarixçi alim Tamilla Kərimova-Kocayeva isə “AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun tarixi (1920-2020-ci illər)” və “Azərbaycan elmi bioqrafik oçerklərdə” kitabları üzərində işləyir.
Bundan başqa, tarixçi alimlər “Azərbaycan tarixi Osmanlı sənədlərində”, “Sürməli tarixi”, “Daşnaksutyun” partiyası və türk-müsəlman xalqlarına qarşı soyqırımları (XIX əsrin sonu - XX əsrin əvvəlləri)”, “Sovet hakimiyyətinin ilk illərində böyük dövlətlərin Qafqaz siyasəti və Azərbaycan”, “Azərbaycan SSR Elmlər Akademiyasının formalaşması və yaranması (1920-1945-ci illər)”, “II Dünya müharibəsindən sonrakı illərdə azərbaycanlıların Ermənistan SSR-dən deportasiyasının siyasi zəmini”, “Ermənistanın Azərbaycana qarşı təcavüzü qlobal güc mərkəzlərinin siyasəti fonunda (1991-1994)” və başqa mövzular üzərində tədqiqat aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]