Tarix Muzeyində interaktiv dərs
Bakı, 31 yanvar, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı interaktiv dərs keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Hacı Zeynalabdin Tağıyevin ev-muzeyində keçirilən interaktiv dərsdə 8 nömrəli internat məktəbinin şagirdləri iştirak ediblər. Şagirdlər əvvəlcə Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə ekskursiya ediblər. Sonra onlar üçün intellektual oyun təşkil olunub.
Sonda şagirdlərə hədiyyələr təqdim edilib.