Tarix Muzeyinə Milli Qəhrəman Çingiz Qurbanovun şəxsi əşyaları təhvil verilib
Bakı, 18 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinə şəhid, Milli Qəhrəman Çingiz Qurbanovun şəxsi əşyaları təhvil verilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, şəhidin materialları muzeyə Sənədli mənbələr fondunun müdiri Esmira Rəhimova tərəfindən təqdim edilib.
Çingiz Qurbanov 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. Azərbaycan Texniki Universitetində təhsil alıb. 2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Əsgər Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Azərbaycan - Ermənistan dövlət sərhədində düşmənin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub. Nəşi düşmən tərəfində qalıb və 2017-ci il fevralın 5-i Azərbaycan tərəfinə təhvil verilib. Şəhid Qusar şəhərində, Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]
Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir
- 12.06.2026 [17:44]
Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır
- 12.06.2026 [17:20]