Tarix Muzeyinin Vətən müharibəsi fonduna yeni nəşr - “Bayraqlı evlər” kitabı daxil edilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna yeni nəşr - “Bayraqlı evlər” kitabı daxil edilib.
Bu barədə AZƏRTAC-a fondun müdiri Şəfa Mövsümov məlumat verib.
Ş.Mövsümov bildirib ki, nəşrin müəllifi publisist Gülqədəm Mirzəzadədir. Kitab qəhrəman Vətən övladlarının ömür yolundan, onların fədakarlığından və igidliyindən bəhs edir.