Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Tarix yazan şəhid qəhrəmanımız Məhəmməd İsmayılzadənin bu gün doğum günüdür

Bakı, 10 iyun, Leyla Qurbanova, AZƏRTAC

O, 1996-cı il iyunun 10-da ölkəmizin dilbər guşəsi Naxçıvanda Birinci Qarabağ müharibəsi qazisi Füzuli kişinin ailəsində dünyaya göz açmışdı. Ailənin ikinci övladı və yeganə oğul payı idi Məhəmməd... Dünyaya gəlişi ilə Miranə anaya sonsuz həyat eşqi, ilahi sevgi bəxş etmişdi. Məhəmməd ailəsi üçün elə dünyanın özü idi...

Yaşıdları kimi onun da Qarabağ fəryadı, acısı ilə vaxtından əvvəl böyüməsi ürəyi sızladan həqiqət idi. Onlar Vətənə, el-obaya dayaq olmaq üçün böyümüş, yenilməz igidə çevrilmişdilər.

Elə buna görə də sentyabrın 27-də mənfur düşmən tərəfindən törədilən təxribata cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qətiyyətli əks-hücum əməliyyatlarına başlaması xəbərini eşidən kimi Azərbaycanın yüzminlərlə gənci kimi Türkiyədə universitetdə təhsil alan Məhəmməd də bütün varlığı ilə bağlı olduğu doğma Vətəninin müdafiəsinə can atdı. Atası Füzuli kişi “Müharibə başlayan ilk saatlarda könüllü kimi cəbhəyə yazılsa da, çağırılmadığını görüb sentyabrın 29-da hərbi komissarlığa gedib, cəbhəyə yola düşmək üçün növbəsini gözlədi. Görəndə ki, adı çıxmır və axırıncı avtobus da gedəcək, tez içəri girib adını yenidən qeyd etdirdi və cəbhəyə yollandı”, - deyə kövrələrək əlavə etdi: “Biz ölüm-dirim savaşına girsək də, torpaqlarımızı azad edə bilmədik. Bizim bacarmadığımızı qəhrəman övladlarımız bacardılar”.

Şəhid Məhəmmədin atası Füzuli İsmayılov ötən əsrin 90-cı illərində Həştərxanda gəmidə işləsə də, Birinci Qarabağ müharibəsi zamanı Vətənin müdafiəsi üçün bir an belə düşünmədən Bakıya gəlib və könüllü cəbhəyə yazılıb. Döyüş yolu 1992-ci ilin əvvəllərində Ağdərə rayonundan başlayıb. Döyüş yoldaşları ilə hər qarış torpaq uğrunda böyük igidliklə mübarizə aparsalar da, sonda böyük məğlubiyyətə düçar olublar. “Çox sayda igid oğullarımız gözümün qabağında şəhid oldu. Onların əksəriyyəti dostlarım idi. Yaxın dostlarımdan biri, Azərbaycanın Milli Qəhrəmanı Siyavuş Həsənovla birgə bir neçə dəfə düşmən mühasirəsini yarmış, dəfələrlə minaya düşmüşdük. Müharibənin odu-alovu içində başımıza olmazın fəlakətlər gəldi. Şəhidləri gətirmək mənim üçün olduqca böyük müsibət idi. Bilməzdim ki, 30 ildən sonra oğlum da şəhid olacaq”, - deyə F.İsmayılov kədərlə xatırlayır.

Şəhidin anası Miranə xanım “Yaşasaydı, 26 yaşı olacaqdı - astaca pıçıldayır... - oğlum döyüşlərdə böyük şücaət göstərib. Qarnından və ayağından yaralansa da, döyüş yoldaşları ilə bərabər son nəfəsədək vuruşub. Məhəmməd yaxşı oğul, sədaqətli dost, fədakar insan idi. Dost-tanış, qohum-qonşu - kimə kömək lazımsa əlindən gələni edərdi. Həssas qəlbi Vətənə məhəbbətlə dolu idi. Döyüş yoldaşları deyirlər ki, oğlum hamıdan irəlidə, əlində pulemyot, gözünü belə qırpmadan və böyük cəsarətlə düşmən üzərinə gedirdi”.

Bacısı Təranə qardaşının cəbhəyə getdiyi gündən ön sıralarda döyüşməsinə baxmayaraq, onlarla danışanda bunu gizlətdiyini bildirib: “Döyüş yoldaşları deyirlər ki, Məhəmməd evlə danışdığı zaman qazdıqları quyunun içinə girər, telefonu torpağa qoyub, qulağını da ona bərk-bərk sıxardı ki, güllə səsləri eşidilməsin. Sonuncu dəfə atam onunla şəhid olduğu gün - oktyabrın 25-də səhər təxminən saat 8-də danışmışdı. Yaralandığını bildiyi üçün “Bəlkə gəlib müalicə alasan, sonra yenə qayıdarsan”, - desə də Məhəmməd “Mən dostlarımı burada buraxıb gələ bilmərəm. Amma dualarınızı əsirgəməyin. Çətin döyüşə giririk, qələbə bizim olacaq”, - deyib.

Məhəmməd İsmayılzadə 1996-cı il iyunun 10-da Şərur rayonunun Yengicə kəndində anadan olub. 1997-ci ildə ailə Bakıya köçüb.

2014-cü ildə Suraxanı rayonu 317 nömrəli məktəbi bitirdikdən sonra Naxçıvan şəhərində hərbi xidmət keçib. Vətən keşiyində olan zaman göstərdiyi şücaəti ilə xüsusi təyinatlı dəstənin komandirlərinin diqqətini cəlb edib və baş kəşfiyyatçı kimi hərbi xidmətini davam etdirib. Göstərdiyi igidliklərə görə, bir neçə dəfə fəxri fərmanla təltif olunub. Onun ən böyük arzusu xaricdə təhsil almaq idi və bu məqsədlə 2019-cu ildə Türkiyənin Kütahya Dumlupınar Universitetinə qəbul olunub.

Müharibə başladığı ilk gündən hərbi komissarlığa müraciət edib, könüllü cəbhəyə yazılıb. Sentyabrın 29-da cəbhəyə yola düşən cəsur döyüşçü bir neçə gün Füzulidə kəşfiyyatçı kimi fəaliyyət göstərib. Daha sonra o, öz arzusunu ön cəbhədə həmlə taboruna könüllü qoşularaq gerçəkləşdirib. Döyüş yoldaşları öndə gedən Məhəmmədin əl pulemyotundan istifadə edərək onları qoruduğunu, hər saniyənin təhlükəli olduğunu bilsə belə irəlidə getməkdən çəkinmədiyini bildiriblər. Düşmən sayının dəfələrlə çox olmasına baxmayaraq döyüş yoldaşları ilə birgə böyük cəsarətlə bir-birinin ardınca mövqeləri düşməndən azad ediblər. Sonuncu dəfə atası ilə telefonda danışan zaman böyük əminliklə “Ata biz işğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq. Biz tarix yazacağıq”, - deyib.

Məhəmməd və onun kimi Azərbaycanın minlərcə igid övladları həyatları bahasına Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsini yazdılar! 44 gün davam edən Vətən müharibəsi otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Məhəmməd İsmayılzadə 2020-ci ilin oktyabrın 25-də Füzuli rayonunda şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ölkə ərazisində qeydə alınan 24 cinayətin üstü açılıb

Ağsu rayonunda təsərrüfatların 90 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

Hakimliyə namizədlər üçün test imtahanı keçiriləcək

“Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb

Ədliyyə naziri Qusar rayonunda vətəndaşları qəbul edəcək

Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib, qərarlar qəbul olunub

AQTA-nın sədr müavini: Zoonoz xəstəliklərə nəzarət hədəflərdən biri kimi müəyyənləşdirilib

Şəki sakinini ilan sancıb, vəziyyəti ağırdır

Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib YENİLƏNƏCƏK

Sabitliyin və asayişin keşiyində: Azərbaycan polisi 106 yaşını qeyd edir

QAİ: Tarixin arxivinə gömülmüş qanunsuz rejimin tör-töküntüləri Azərbaycana qarşı bir sıra gülünc açıqlamalar verir

"Journal of Petroleum Technology": Azərbaycan - sönməz odlar yurdu

Meksikada narkotik kartelinin toqquşması nəticəsində 20 nəfər ölüb

Şimali Koreya yeni tipli ballistik raketi sınaqdan keçirib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır

Niderland Hökuməti F-16 qırıcılarının Ukraynaya göndərilməsinə icazə verib

İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala yüksəlib

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb

ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb

Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir VİDEO

BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

“Jerusalem Post”: Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir

Son 10 gün ərzində Elm və Təhsil Nazirliyinə 21 mindən çox vətəndaş müraciət edib

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir

Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər

Ankara Sosial Elmlər Universitetinin sosiokənd sisteminin BDU-da tətbiqi imkanları araşdırılır

Azərbaycan və İsrailin XİN rəhbərləri regionda və Qəzza ətrafındakı vəziyyəti müzakirə ediblər

® “Samsung” AI TV ilə yeni era başlayır - Daha canlı, daha həyəcanlı

Mədəniyyət naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

“Asiya uşaqları” Oyunlarının qalibi: Vətənə qızıl medalla qayıdacağıma inanırdım

UNEC-in “Gələcəyin tədqiqatçıları” qrant layihəsi yekunlaşıb

Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

Azərbaycan polisi: dövlətçiliyə sadiq, peşəkar və qətiyyətli

“Azərkosmos”un dəstəyi ilə ərsəyə gəlmiş film təqdim olunub

Tacikistan Milli Bankı ilə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub

Ordubadın Tivi-Biləv kənd avtomobil yolunda yaranmış problem aradan qaldırılır VİDEO

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Qəbələ və İsmayıllıda ictimai dinləmələr keçirilib

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb

Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir  YENİLƏNİB VİDEO

Agentlik: Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri işdən azad edilib

Beynəlxalq Buker mükafatının ilk laureatı İsmayıl Kadare vəfat edib

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB VİDEO

Paytaxtın Parlament və Atatürk prospektlərində təmir işləri yekunlaşmaq üzrədir VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağsuda vətəndaşları dinləyib

Azərbaycan güləş millisinin baş məşqçisi: Avropa çempionluğunu ənənəyə çevirmişik

Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsi artıb

“Dərələyəzim” əsəri Topkapı sarayında

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası olub

Astanada hava limanları və dəmir yolu stansiyaları gücləndirilmiş iş rejiminə keçib

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb

Okeanın dərinliklərində heyrətamiz hidrotermal mühit kəşf edilib

COP29 Azərbaycan üzrə baş icraçı direktor: Artıq qlobal iqlim danışıqlarının faktiki liderliyi bizim ölkəmizdədir

Finlandiya parlamenti ABŞ-la müdafiə sazişini yekdilliklə təsdiqləyib

Nigeriyada terror aktları nəticəsində azı 18 nəfər həlak olub

İKTA sədri: Agentlik qısa müddətdə 5 elektron xidmət istifadəyə verib

Ukraynada benzin və dizelin qiyməti yenidən artacaq

“Sabah” klubu mərakeşli futbolçu ilə vidalaşıb

Türkiyə Qara dənizdə qaz hasilatını artırır

Azərbaycan şirkətləri "Şimal-Cənub" I nəqliyyat ticarət-ixrac forumunda iştirak edəcək

Şahmat Tacı uğrunda oyuna ev sahibliyi edəcək ölkə açıqlanıb

Gəncədəki aptekdə qulaq damcısı bioloji aktiv qida məhsulu kimi göstərilib

Türkiyə və Azərbaycan muzeyləri arasında gələcək əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub