Taxıllar tel-tel – Qarabağ düzündən FOTOLENT
Tərtər, 12 may, Tahir Ağaməmmədov, AZƏRTAC
May ayı. Qarabağ düzü... Yaz yağışları torpağa can verir, çöllərə yaşıl xalı sərir, qənirsiz gözəlliklər yaranır. Ucsuz-bucaqsız taxıl zəmiləri tel-tel olub, sünbül bağlayıb. Hərdən əsən bahar mehi zəmiləri dəniz kimi dalğalandırır. Çox keçməyəcək, sünbüllər saralıb dən tutacaq. Bir vaxtlar barıt qoxuyan Qarabağ düzünü sünbül ətri bürüyəcək.
AZƏRTAC bölgə müxbiri Tahir Ağaməmmədovun Tərtər rayonunda çəkdiyi fotoları təqdim edir.