Tayvan kompaniyası Hindistanda ıPhone zavodu tikəcək
Bakı, 3 mart, AZƏRTAC
“Apple” kompaniyasının tərəfdaşı, Tayvanın “Foxconn” şirkəti Hindistanın Karnataka ştatındakı Banqalor şəhərində ıPhone smartfonları üçün komponentlər istehsal edən zavod tikməyi qərara alıb.
AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, “Foxconn” yeni zavoda 700 milyon dollarlıq sərmayə yatıracaq. Bu, kompaniyanın Hindistandakı biznesinə ən böyük kapital yatırımı olacaq və müəssisə təxminən 100 min iş yeri açmağa imkan verəcək. Zavod smartfonlar üçün komponentlərlə yanaşı, elektromobillər üçün ehtiyat hissələrinin istehsalı ilə də məşğul olacaq.
Tamiland ştatında artıq “Foxconn” kompaniyasının iPhone smartfonlarının yeni modellərini istehsal edən zavodu fəaliyyət göstərir. Hindistan hökuməti bu sahənin inkişafını sürətləndirmək üçün xarici elektronika istehsalçılarına bir sıra maliyyə imtiyazları təklif edir.
Yeni zavodun inşası ABŞ texnologiya korporasiyalarının regionda yaranan geosiyasi vəziyyət və Çində pandemiya məhdudiyyətləri səbəbindən tədarük zəncirinin pozulması ilə bağlı istehsalatın qonşu ölkələrə, əsasən də Vyetnam və Hindistana keçirməsi strategiyasının bir hissəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:31]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [19:22]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [19:21]