TBİLİSİDƏ KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA ÖLKƏMİZİ “ƏMLAK BAZARI İŞTİRAKÇILARI” İCTİMAİ BİRLİYİ TƏMSİL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Gürcüstanın paytaxtında “Daşınmaz əmlak bazarının müasir istiqamətləri və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir. 70-dən artıq ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanı “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi təmsil etmişdir.
Tədbirin məqsədi iştirakçı ölkələrin daşınmaz əmlak bazarında mövcud tendensiyaların araşdırılması, bu sahədə çalışan şirkətlərin qarşılıqlı əməkdaşlığı və təcrübə mübadiləsi, bazara xarici investisiyaların cəlb edilməsi idi.
Konfransda Gürcüstanın yerli təşkilatlarının, bu ölkədə fəaliyyət göstərən xarici şirkətlərin həyata keçirdikləri və planlaşdırdıqları tikinti layihələri təqdim edilmişdir.
“Əmlak Bazarı İştirakçıları” İB-nin nümayəndə heyəti bir sıra təşkilatlarla danışıqlar aparmış, eyni zamanda, informasiyaların qarşılıqlı mübadiləsi sahəsində ümumi razılıq əldə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:59]
QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir
- 11.06.2026 [17:11]