TƏHSİL NAZİRLİYİNDƏ MOLDOVANIN MAARİF, GƏNCLƏR VƏ İDMAN NAZİRİ İLƏ GÖRÜŞ OLMUŞDUR
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, V.Svirkun öz ölkəsinin təhsil sistemi və bu sahədə görülən işlər barədə ətraflı məlumat vermişdir.
Təhsil sahəsində əməkdaşlıq yaradılmasının əhəmiyyətini qeyd edən qonaq, respublikamızın təhsil sistemi ilə də maraqlanmışdır.
M.Mərdanov son illər təhsilimizin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışmış, ölkəmizdə çoxlu sayda məktəb binalarının inşa edildiyini, təhsil müəssisələrinin kompyuterlə və digər avadanlıqla təchiz olunduğunu, bütün ümumtəhsil məktəbləri şagirdlərinə pulsuz dərsliklər verildiyini diqqətə çatdırmışdır.
O, ali məktəblərdə kredit sisteminin tətbiq olunması və digər məsələlərlə bağlı qonağı maraqlandıran sualları da cavablandırmışdır.
Sonra təhsil sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Görüşdə gənclər və idman naziri Azad Rəhimov iştirak etmişdir.