Təhsil Nazirliyinin “Vətəndaş müraciətləri” elektron xidmətinə 12 mindən çox müraciət daxil olub
Bakı, 21 oktyabr, AZƏRTAC
Son 5 ay ərzində Təhsil Nazirliyi və tabe qurumlarına “Vətəndaş müraciətləri” elektron xidməti vasitəsilə 12 min 253 müraciət daxil olub.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciətlərdən 12 min 74-ü artıq cavablandırılıb, 179 müraciət isə baxılma mərhələsindədir. Göndərilən müraciətlərin tətbiq olunan sistem vasitəsilə qısa zaman çərçivəsində Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə yönləndirilməklə cavablandırılması təmin olunur. Nəticədə portal.edu.az platforması vasitəsilə daxil olmuş yazılı elektron müraciətin orta icra müddəti yazılı kağız üzərində edilmiş müraciətin orta icra müddətindən 3 dəfə qısaldılıb və müraciətlərin icra olunmasının müvəffəqiyyət göstəricisi artıb.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə portal.edu.az platformasında yaradılan “Vətəndaş müraciətləri” xidməti artıq 5 aydır istifadəyə verilib.
Xidmət vətəndaş məmnuniyyətinin artırılması istiqamətində aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətlərin elektron qaydada göndərilməsi, hər bir müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdırmaq məqsədi daşıyır. Təhsil Nazirliyinə müraciət etmək istəyən vətəndaşlara portal.edu.az platformasında qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsilə rahatlıqla elektron qaydada müvafiq xidmətdən yararlanmaq tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]