Təhsildə keyfiyyət təminatı istiqamətində Rusiya təcrübəsi öyrənilib
Bakı, 20 oktyabr, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndə heyəti Rusiyanın Moskva şəhərində səfərdə olub.
TKTA-dan AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi tərəflər arasında təcrübə mübadiləsi, ali təhsil müəssisələrinin institusional və proqram akkreditasiyası və qiymətləndirilməsi prosesinin Rusiyada cari statusunun öyrənilməsi olub. Səfər çərçivəsində təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə əməkdaşlıq məsələsi, ali təhsilə aid kvalifikasiyaların tanınması sahəsində xarici dövlətlərin təcrübəsinin öyrənilməsi və tətbiqinin hüquqi əsaslarının müəyyən edilməsi də nəzərdə tutulub.
Nümayəndə heyəti Rusiya Federasiyasının Təhsilin Qiymətləndirilməsi üzrə Baş Dövlət Ekspert Mərkəzinin, Rusiya Federasiyası Xalqlar Dostluğu Universitetinin və Rusiyanın Akkreditasiya Agentliyinin nümayəndələri ilə görüşüb. Azərbaycan və Rusiya arasında kvalifikasiyaların tanınması sahəsində əməkdaşlığın inkişafının önəmi vurğulanıb. Əməkdaşlığın davam etdirilməsi istiqamətində yeni addımların atılması ilə bağlı müzakirələr aparılıb və təşkilatlar arasında yaxın gələcəkdə əməkdaşlıq münasibətləri qurulması mövzusu da öz əksini tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]