TƏLƏBƏ GƏNCLƏRİN PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gənclərin Problemləri Elmi Tədqiqat Mərkəzində tələbələrin problemlərinə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir. Tədbir iştirakçılarına – alimlərə, dövlət strukturlarının, gənclər təşkilatlarının nümayəndələrinə mərkəz əməkdaşlarının ötən ilin noyabrında Bakı, Naxçıvan və Sumqayıt ali məktəblərinin 500 tələbəsi arasında apardığı sosioloji sorğunun yekunları təqdim edilmişdir. Tələbələr dərsliklərin çatmadığını, təhsil səviyyəsinin aşağı olduğunu, müəllimlərin qeyri-obyektliyini, korrupsiyanı əsas mənfi hallar kimi göstərmişlər.
“Dəyirmi masa”nın iştirakçıları müvafiq dövlət strukturlarına təqdim etmək üçün təkliflər hazırlamışlar.