Tələbələr karyera qurmağın düzgün istiqamətləri barədə məlumatlandırılıb
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Karyera mərkəzi və “Dərs evi” tədris mərkəzinin birgə təşkilatçılığı ilə təlim keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, təlimin əsas məqsədi tələbələrə karyera qurmaqda düzgün istiqamət verməkdən və qarşıya çıxa biləcək problemlərin həllində dəstək göstərməkdən ibarət olub.
“Dərs evi” tədris mərkəzinin nümayəndələri tərəfindən keçilən təlimdə tələbələrə iş müsahibəsinə hazırlıq, xaricdə təhsil, şəxsi brendinq və xarici dil bilməyin üstünlüklərindən danışılıb. Təlimdə düzgün CV hazırlanması qaydaları, özünəinam, xaricdə təhsilin əhəmiyyəti, karyera imkanları, brendin yaradılmasında zəruri amillər, IELTS imtahanın üstünlükləri, dil biliyinin verdiyi imkanlar barədə fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.
Sonda tələbələrə “Dərs evi” Tədris Mərkəzi tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]