Tələbələrin XIV Respublika Universiadası martın 1-də start götürəcək
Bakı, 21 fevral, AZƏRTAC
Martın 1-də ali təhsil müəssisələri tələbələrinin XIV Respublika Universiadası start götürəcək.
AZƏRTAC xəbər verir ki, universiadanın şahmat, dama, stolüstü tennis, voleybol, atletika üzrə yarışları qadınlar və kişilər arasında keçiriləcək. Basketbol, cüdo, sərbəst güləş, yunan-Roma güləşi üzrə turnirlərdə isə yalnız kişilər mübarizə aparacaqlar.
“Gənclik” Könüllü Tələbə İdman Cəmiyyəti Respublika Şurasının sədri Tofiq Xanəliyev bildirib ki, builki universiadanın yarışları Bakı ilə yanaşı, Gəncədə də keçiriləcək. Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb. Bu münasibətlə universiada çərçivəsində cüdo, stolüstü tennis, şahmat yarışları Gəncədə təşkil ediləcək.
Universiada yarışları oktyabrda başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]