Tərtərdə “Qarabağ inciləri” layihəsinə start verilib
Tərtər, 20 oktyabr, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyi və Tərtər rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş bölgələrin tarixi, coğrafiyası, flora və faunası, adət-ənənələri, şifahi xalq yaradıcılığı və tanınmış şəxsiyyətlərindən bəhs edən “Qarabağ inciləri” layihəsinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Qarabağın tarixi şəxsiyyətləri” adlı ilk mövzu dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunub. Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəsi Ceyhun İsmayılzadə və Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova çıxış ediblər.
Üzeyir Hacıbəyliyə həsr edilmiş videoçarx göstərilib, dahi bəstəkarın musiqilərinə bəstələnmiş mahnılar ifa olunub.