Tərtərli kümçülərə ipəkqurdu toxumu paylanıb
Tərtər, 8 may, AZƏRTAC
Bu il Tərtər rayonunda 12 tona yaxın yaş barama istehsal edilməsi proqnozlaşdırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, barama yetişdirilməsi ilə əlaqədar Qax Damazlıq İpəkçilik stansiyasından 300 qutu ipəkqurdu toxumu gətirilərək tərtərli kümçülərə paylanılıb. Rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən kümçülərə mütəxəssislər tərəfindən kümxanaların hazırlanması ilə bağlı müvafiq təlimatlar verilib, həmçinin ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanıb.
Qeyd edək ki, ötən il Tərtər rayonunda 6,5 ton barama istehsal edilib. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [21:45]
Yevlaxda yeni yaşıllıqlar salınıb
- 08.05.2026 [21:25]
Qazaxlı kümçülərə ipəkqurdu toxumu paylanılıb
- 08.05.2026 [20:26]
İslam İnkişaf Bankının nümayəndə heyəti Qarabağa səfər edib
- 08.05.2026 [19:22]