“Tesla” bu il 10 milyard dollardan artıq kapital qoyuluşu planlaşdırıb
Bakı, 30 yanvar, AZƏRTAC
Amerikanın elektrikli avtomobil istehsalçısı “Tesla”nın kapital qoyuluşları 2024-cü ildə 10 milyard dolları ötəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin illik hesabatında deyilir.
Bildirilib ki, 2023-cü ildə bu rəqəm bir il əvvəlki 7,16 milyard dollarla müqayisədə 8,9 milyard dollara yüksəlib.
“Biz eyni zamanda, yeni məhsulların istehsalını artırırıq, üç qitədə istehsal müəssisələri tikirik və ya genişləndiririk, akkumulyatorlar üçün yeni texnologiyaları inkişaf etdiririk, doldurma stansiyaları şəbəkəsini genişləndiririk", - deyə sənəddə qeyd edilir.
Şirkət satışların artımı ilə dəstəklənən sərbəst pul axını hesabına sərmayələri maliyyələşdirə biləcəyini güman edir.
Keçən həftə şirkət 2023-cü ilin dördüncü rübünə dair hesabatı dərc edib və xəbərdarlıq edib ki, yeni ildə gəlirinin artım templəri yavaşlayacaq.
Bazar ertəsindəki hərracda “Tesla” səhmləri 2,7 faiz bahalaşıb. Son 12 ayda onların dəyəri 12,9 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]