Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Tesla”da işləyən lənkəranlı gənc: “Cybertruck” və “Robotaxi” kimi inqilabi avtomobil layihələri üzərində çalışıram

“Tesla”da işləyən lənkəranlı gənc: “Cybertruck” və “Robotaxi” kimi inqilabi avtomobil layihələri üzərində çalışıram

Lənkəran, 9 dekabr, İlkin Adıyev, AZƏRTAC

Texnologiya əsri sayılan XXI əsrdə ölkəmizi bu sahədə tanıdan neçə-neçə gəncimiz var. Onlardan biri də hazırda məşhur “Tesla” şirkətində çalışan Sənan Axundzadədir.

AZƏRTAC-ın bölgə müxbiri onunla feysbuk vasitəsilə əlaqə saxlayıb, gənc azərbaycanlı mühəndisin “Tesla”ya qədər uzanan həyat yolu ilə maraqlanıb.

Sənan Axundzadə Bakıda dünyaya gəlsə də, əslən Lənkəranın Boladı kəndindəndir. Atasının işi ilə əlaqədar 3 yaşında ikən ailəlikcə ABŞ-a, sonra Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə köçməli olublar. Daha sonra isə Kanadaya köçüblər. Orta məktəbi yüksək nəticələrlə bitirdikdən sonra, 2014-cü ildə dünyaşöhrətli Vaterloo Universitetinin Mexanika mühəndisliyi fakültəsinə qəbul edilib. Hələ tələbə ikən müxtəlif yüksək reytinqli Kanada şirkətlərində təcrübə keçməyə nail olub.

“Uşaqlığımın ilk illərini çox xatırlamasam da, şəkil və videolardan gördüyümə görə ailəmiz tez-tez ata-baba yurdumuz olan Lənkərana səfər edirdi. Ailəmizin dəyərləri, həmçinin geniş ailə bağlarımız mənə Vətənə bağlılıq və sevgini kiçik yaşlardan aşılayıb. 1998-ci ildə atamın qalib gəldiyi məşhur “Fulbright” proqramı çərçivəsində ailəmiz ABŞ-ın Texas ştatına köçdü. 2001-ci ildə isə atamın yeni işi ilə əlaqədar Kanadaya köçdük. İbtidai təhsilimi Kanadanın Hamilton şəhərində, orta məktəbin yuxarı siniflərini isə Vaterlo şəhərində bitirmişəm. Daha sonra təhsilimi Kanadanın nüfuzlu Vaterlo Universitetində mexaniki mühəndislik ixtisası üzrə davam etdirdim. Uşaqlıqdan texnologiyaya olan marağım məni bu sahəyə yönəltdi. Hazırda Kaliforniyada yaşayıram, "Tesla" şirkətində mühəndis olaraq çalışıram və texnologiya sahəsində yeniliklər üzərində işləyərək öz maraqlarımı reallaşdırıram” , - deyə Sənan Axundzadə bildirir.

Gənc mühəndis qeyd edir ki, “Tesla”da işləmək arzusu tələbəlik illərindən formalaşıb və onun üçün xüsusi bir hədəf olub. O, bu məqsədə çatmaq üçün təhsil aldığı Vaterlo Universitetinin məşhur “Co-op” proqramından faydalanıb. Proqram tələbələrə altı semestr, yəni iki il ərzində müxtəlif şirkətlərdə iş təcrübəsi qazanmaq imkanı təqdim edir. Sənan da bu fürsətdən maksimum yararlanaraq müxtəlif şirkətlərdə praktiki təcrübələr əldə edib və bacarıqlarını artırıb. Bu təcrübələr onun “Tesla” kimi qabaqcıl bir şirkətdə çalışmaq üçün tələb olunan bilik və təcrübəni qazanmasına kömək edib: “2018-ci ildə, universitetin 3-cü kursunda oxuyarkən, "Tesla"ya müraciət etdim. Ərizə prosesində universitetdə aldığım biliklər və “Co-op” zamanı topladığım təcrübələr mənim üçün böyük üstünlük oldu. Müraciət prosesi bir neçə mərhələdən ibarət idi. İlk olaraq, CV və digər sənədlərimi göndərdim. Daha sonra texniki və ümumi müsahibələr oldu, burada həm nəzəri biliklərimi, həm də problemləri həll etmə qabiliyyətimi sınadılar. Müsahibələrdə həm akademik biliklərimi, həm də real iş təcrübələrimi vurğuladım. Müsahibə mərhələlərini uğurla keçdikdən sonra "Tesla"da “Co-op” təcrübəsinə başladım. Bu müddət ərzində göstərdiyim iş keyfiyyəti və əldə etdiyim nəticələr mənim daimi işə qəbul olunmağıma gətirib çıxardı. Beləliklə, həm tələbə ikən, həm də məzun olduqdan sonra arzuladığım yerdə çalışmağa nail oldum”.

Sənan Axundzadə hazırda “Tesla” şirkətində baş (senior) mühəndis vəzifəsində çalışır və diqqətini avtomobil istehsalında ən müasir texnologiyaların tətbiqinə yönəldir. O, avtomobillərin texniki dizaynı üzərində çalışmaqla yanaşı, istehsal proseslərinin optimallaşdırılması və innovativ həllərin tətbiqi ilə məşğuldur. Onun işi, təkcə avtomobillərin keyfiyyətini və funksionallığını artırmaq deyil, həm də istehsalın səmərəliliyini artırmaq və daha ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinə töhfə verməkdir. Sənanın bu sahədəki fəaliyyəti “Tesla”nın dünyada texnologiya lideri olaraq mövqeyini gücləndirməsinə xidmət edir.

“Üzərində çalışdığım layihələr arasında “Model-3” , “Model-Y”, “Cybertruck” və “Robotaxi” kimi inqilabi avtomobillər yer alır. Bu layihələrdə bizim komandanın əsas məqsədi enerji səmərəliliyini, avtomobilin aerodinamik effektivliyini artırmaq, qəzalar zamanı təsirlərə dözmək üçün optimallaşdırılmış struktur plastiklərin dizaynı, hazırlanması, real mühitdə sınanması və istehsalına nəzarəti həyata keçirtməkdir. Eyni zamanda, "Tesla"nın eksteryer mühəndisliyi komandasında çalışaraq avtomobillərin xarici (eksteryer) komponentlərinin dizaynını, prototiplərin hazırlanmasını, test edilməsini və istehsalını həyata keçiririk. Dizayn etdiyimiz bir çox hissə son istifadəçi tərəfindən görünür və bu, avtomobilin görünüşünü və qəbulunu müəyyən etdiyi üçün “Tesla Dizayn Studiyası” ilə sıx əməkdaşlıq edərək gözəllik, funksiya və xərc arasında tarazlığı təmin edirik. Həmçinin konsept fazasından istehsal mərhələsinə qədər müxtəlif funksional komandalarla işləyirik ki, son məhsul hər bir sistemin tələblərinə uyğun optimallaşdırılsın. Biz daim yeniliklərə fokuslanmışıq və hər zaman məhsulları daha mükəmməl etmək üçün çalışırıq. "Tesla"da işləmək texniki bacarıqlarımı inkişaf etdirməklə yanaşı, həm də problemləri daha geniş perspektivdən həll etməyi öyrətdi. Bu, mənim üçün həm çağırışlarla dolu, həm də böyük məmnunluq yaradan bir təcrübədir”, - o əlavə edir.

Sənan Axundzadə gələcək planlarında karyerasını daha mürəkkəb və genişmiqyaslı mühəndislik layihələrinə yönəltməyi hədəfləyir. Xüsusilə süni intellekt, robototexnika və elektrik nəqliyyatı kimi sahələrdə dərin bilik və təcrübə qazanmaq onun əsas məqsədlərindən biridir. O, bu sahələrin gələcəyin texnologiyasında oynadığı mühüm rolu anlayaraq, yeni və innovativ həllərin yaradılmasında iştirak etməyi arzulayır. Sənanın bu istiqamətdəki planları, yalnız şəxsi inkişafına deyil, həm də texnologiyanın daha da irəliləməsinə əhəmiyyətli töhfələr verəcəyinə inanır.

“Bu sahələrin sürətlə inkişaf etdiyi, gələcəkdə dünya iqtisadiyyatı və cəmiyyət üzərində böyük təsir göstərəcəyi aydındır. Mən də bu inkişafın bir hissəsi olmaq və həm yeni texnologiyalar üzərində işləmək, həm də reallıqda faydalı nəticələr əldə etmək istəyirəm. Eyni zamanda, peşəkar təcrübəmi tələbələrlə bölüşmək və onlara rəhbərlik edərək öz sahəmi daha da zənginləşdirmək məqsədim var. Mənim üçün mühəndislik sahəsinin inkişafı yalnız texnoloji yeniliklərlə deyil, həm də yeni nəslin yetişdirilməsi və onlara doğru istiqamət verməkdədir”, - deyə əlavə edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO