TEYMUR RƏCƏBOV QRAN-PRİ TURNİRİNDƏ LİDERLİYİNİ DAVAM ETDİRİR
AZƏRTAC xəbər verir ki, Soçidə keçirilən FİDE-nin Qran-Pri turnirində liderlər sırasında addımlayan Azərbaycan şahmatçısı Teymur Rəcəbov səkkizinci turda rusiyalı qrossmeyster Aleksandr Qrişukla heç-heçə oynamışdır.
Beynəlxalq qrossmeyster Vüqar Həşimov da Levon Aronyanla görüşdə xalları yarı bölmüşdür.
Digər qarşılaşmalar belə nəticələnmişdir:
Q.Kamski-Əl-Modiaki Məhəmməd 1:0, D.Yakovenko-S.Karyagin 0.5:0.5, P.Svidler-V.İvançuk 0:1, İ.Çeparinov-D.Navara 0.5:0.5, B.Gelfand-Vanq Yu 0:1
Bu turdan sonra turnir cədvəlinə 5 xalla T.Rəcəbov və İ.Çeparinov başçılıq edirlər.
V.Həşimov, Q.Kamski, Vanq Yu, V.İvançuk və L.Aronyan hərəyə 4 xalla 3-7-ci yerləri bölüşürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]