İDMAN
“The Telegraph” qəzetində “Bakı-2015” birinci Avropa Oyunları barədə məqalə yerləşdirilib
![“The Telegraph” qəzetində “Bakı-2015” birinci Avropa Oyunları barədə məqalə yerləşdirilib](/files/2015/2/1200x630/1434118454422342455_1200x630.jpg)
Bakı, 12 iyun, AZƏRTAC
Böyük Britaniyanın “The Telegraph” qəzetində “Bakı-2015” birinci Avropa Oyunları barədə geniş məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə birinci Avropa Oyunlarında dünyanın 50 ölkəsindən 6 mindən artıq idmançının iştirak edəcəyi qeyd olunur. Bildirilir ki, Böyük Britaniya Oyunlarda boks üzrə Olimpiya çempionu Nikola Adams da daxil olmaqla 160 nəfərlik idmançı heyəti ilə iştirak edəcək.
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərarın 2012-ci ildə qəbul oldunduğunu qeyd edən müəllif Ben Blum Oyunların proqramına 16 Olimpiya, 4 qeyri-Olimpiya idman növünün daxil edildiyini diqqətə çatdırıb. Oyunların “BT SPORT” telekanalında 17 gün ərzində canlı yayımlanacağı qeyd edilir.