Azərbaycan Dövlət İnformasiya Agentliyi

TİBB UNİVERSİTETİNİN TƏLƏBƏSİ, PREZİDENT TƏQAÜDÇÜSÜ NÜMUNƏ ƏLİYEVANIN ÇIXIŞI

-Hörmətli cənab Prezident!

Hörmətli mərasim iştirakçıları!

Sizi universitetimizin tələbələri adından salamlayır və ən xoş

arzularımı çatdırıram.

Unudulmaz rəhbərimiz Heydər Əliyev həm 1970-1980-ci illərdə, həm də müstəqillik dövründə Azərbaycan xalqının və dövlətinin inkişafı, potensialının möhkəmlənməsi üçün çox böyük işlər görmüşdür.

Əsası görkəmli alim, ictimai xadim, universitetimizin ilk rektorlarından biri olan professor Əziz Əliyev tərəfindən qoyulmuş bu tələbə şəhərciyinin daha da genişləndirilməsi və inkişaf etdirilməsi, universitetimizin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu tələbə şəhərciyindəki tədris binalarının əksəriyyəti - fizika-kimya korpusu, əzəmətli 11 mərtəbəli tədris binası, çoxsaylı tələbə yataqxanaları məhz Heydər Əliyevin rəhbərliyi, köməyi ilə tikilib ərsəyə gəlmişdir. Biz çox şadıq ki, Heydər Əliyev dövrünün ənənələri bu gün də davam etdirilir.

Hörmətli cənab Prezident, Sizin insan amilinə verdiyiniz yüksək qiymət, təhsilə, elmə, səhiyyəyə, xüsusən gənclərə göstərdiyiniz xüsusi diqqət bunun bariz nümunəsidir. Bu gün bizim üçün tarixi bir gündür. Universitetimizin tədris-terapevtik klinikasının təməlqoyma mərasimidir.

Hörmətli cənab Prezident, universitetimizdə tələbələrin yüksək səviyyədə təhsil ala bilməsi üçün əlverişli şərait yaradılmışdır. Tələbələrimizin beynəlxalq konfranslarda və müsabiqələrdə uğurla çıxış edərək, yüksək nəticələrə nail olması bunu bir daha sübut edir. Lakin Azərbaycan Tibb Universitetinin kliniki kafedralarının əksəriyyətinin Bakı şəhərinin müxtəlif rayonlarında yerləşməsi tədris prosesinin təşkilində çətinliklər yaradır.

Hörmətli cənab Prezident, inanırıq ki, “Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının yaradılması haqqında” Sizin 2007-ci il 11 sentyabr tarixli Sərəncamınız yaxın zamanlarda universitetimizin dünyanın aparıcı universitetləri cərgəsinə qoşulmasına və respublikamızda səhiyyənin inkişafına səbəb olacaqdır.

Bugünkü mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da iştirak edir. Mehriban xanım, Sizin rəhbərliyinizlə Heydər Əliyev Fondunun ayrı-ayrı bölgələrdə məktəblərin inşasına, yeni səhiyyə ocaqlarının yaradılmasına yaxından kömək göstərməsi respublikamızda elmin, təhsilin, səhiyyənin inkişafına göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsidir. Buna görə sizə dərin təşəkkürümüzü bildiririk.

Mən 2005-ci ildə yüksək bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunmuşam. Hörmətli cənab Prezident, mənim üçün çox xoşdur ki, Sizin imzaladığınız Sərəncamla Prezident təqaüdünə layiq görülmüşəm. Prezident təqaüdçüsü adı mənim üçün həm şərəf, həm də böyük məsuliyyətdir. Mən dövlətimizin bizim üçün yaratdığı bu imkanlardan bəhrələnib gələcəkdə savadlı mütəxəssis olmaq və xalqımızın xidmətində durmaq istəyindəyəm. Sevinirəm ki, mənim kimi minlərlə tələbə təməli bu gün qoyulan bu gözəl klinikada gənc həkim kimi formalaşmaq imkanı əldə edəcəkdir. Ona görə də universitetimizin tələbələri və gənc həkimləri adından Sizə dərin təşəkkürümü bildirirəm. Sizə söz veririk ki, gələcəkdə yüksək səviyyəli, peşəkar, vətənpərvər, xalqına xidmət edən həkim və vətəndaş olacağıq.

Diqqətinizə görə təşəkkür edirəm. 

                                                            X X X

Sonra Prezident İlham Əliyev mərasimdə nitq söylədi.

                                                            X X X

Mərasim başa çatandan sonra Azərbaycan Prezidenti və xanımı universitetin tədris korpusu ilə tanış oldular.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin tədris korpusunun foyesindəki büstünə, buradakı fotostendlərə baxdılar.

Stendlərdəki fotoşəkillər 1998-ci ildə Prezident Heydər Əliyevin iştirakı ilə universitetin nəzəri fənlər tədris edilən 5-ci korpusunun açılışından bəhs edir. Ayrıca bir bölmə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevaya həsr olunmuşdur.

Dövlətimizin başçısı universitetin 500 yerlik akt salonu ilə tanış oldu. Burada həmin tədris müəssisəsinin tədbirlərindən əlavə, müxtəlif beynəlxalq tibbi konqreslər də keçirilir. Azərbaycan Prezidenti və xanımı immunologiya kafedrasına baş çəkdilər, tibbi biologiya fakültəsinin tələbələrinin dərs prosesinin gedişi ilə maraqlandılar. Dövlətimizin başçısına tədris prosesində immunoloji və biokimyəvi analizlər aparılması üçün istifadə edilən müasir avadanlıq barədə məlumat verildi.

Prezident İlham Əliyev universitetin tibbi informasiya mərkəzində də oldu. Bu mərkəzin Moskvadakı mərkəzi tibbi kitabxana, Türkiyənin Hacəttəpə Universiteti ilə əməkdaşlıq əlaqələri var, mərkəz digər ölkələrin təcrübəsini öyrənir, eyni zamanda, xaricdəki həmkarlarını Tibb Universitetinin həyatındakı yeniliklərlə tanış edir. Burada tələbələrin bilik səviyyələrini yüksəltməsi, onların internet vasitəsilə tibbi ədəbiyyat yenilikləri ilə tanış olması üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev universitetin professor-müəllim heyəti ilə görüşdü. Onlar ölkəmizdə səhiyyəyə və tibb elminin inkişafına göstərdiyi diqqət və qayğıya, habelə yaradılan iş şəraitinə görə dövlətimizin başçısına təşəkkür etdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir

Ötən gün 73 cinayətin açılması təmin olunub

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır

Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq

Neft bahalaşır VİDEO

Neft bahalaşır VİDEO

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

III Milli Rəqabət Forumu işə başlayıb

Qazaxıstan paytaxtında Azərbaycanın da iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub