Ting paylama aksiyası bu dəfə Hövsanda keçirilib
Bakı, 30 noyabr, AZƏRTAC
“Bir ağac - min nəfəs” devizi altında keçirilən ting paylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə noyabrın 30-da Hövsan qəsəbəsində fəaliyyət göstərən “Araz” marketin qarşısında davam etdirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı nazirliyin tinglik sahələrində yetişdirilən ağac tingləri alıcılara hədiyyə edilib. Aksiyalar Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək.
ETSN hər kəsi bu aksiyalarda fəal iştirak etməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.