Toğrul Zeynalov: Diaspor təşkilatlarının fəaliyyətlərinin operativ əlaqələndirilməsi olduqca önəmlidir
Paris, 2 oktyabr, AZƏRTAC
Fransada yaşayan azərbaycanlıların bir araya gələrək sıx birləşmələri, diaspor təşkilatlarımızın fəaliyyətlərinin operativ əlaqələndirilməsi istiqamətində bütün səylərimi sərf edəcəyəm.
Bu fikri yeni təsis olunmuş Fransa Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Toğrul Zeynalov AZƏRTAC-a müsahibəsində bildirib.
Koordinasiya Şurasının əlaqələndiricisi diaspor təşkilatlarının fəaliyyətlərinin genişlənməsinə və möhkəmlənməsinə töhfə verməyə çalışacağını, Fransada fəaliyyət göstərən diaspor təşkilatlarımıza dəstək olacağını söyləyib.
“İcma üzvlərimizi bir araya gətirən, tariximizi, dilimizi, mədəniyyətimizi təşviq edən layihələrə daim təkan verəcəyik. Mən hər bir fikrimi “biz” deyə bildirdim. Çünki diaspor üçün artıq “mən” sözü yoxdur. Biz bir yumruq kimi birləşib üzərimizə düşən məsuliyyətin öhdəsindən gəlməliyik”, - deyə T. Zeynalov vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]