İDMAN
Topaz Premyer Liqası: “Səbail” klubu “Sabah”ı minimal hesabla məğlub edib
Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 17-də Azərbaycan Premyer Liqasının XVII turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turun üçüncü qarşılaşmasında "Səbail" doğma azarkeşlər önündə debütant "Sabah"ı qəbul edib. "Bayıl Arena"da keçirilən görüşdə “Səbail” minimal hesabla qalib gəlib - 1:0. Oyunda yeganə qolu 63-cü dəqiqədə Ağabala Ramazanov vurub. Bu qələbədən sonra xallarının sayını 25-ə çatdıran meydan sahibləri üçüncü pillədəki mövqelərini möhkəmlədiblər. “Sabah” isə 20 xalla beşinci yerdə qərarlaşıb.
Qeyd edək ki, tura saat 17:30-da başlayacaq “Qarabağ” - “Qəbələ” oyunu ilə yekun vurulacaq. Hazırda aktivində 34 xal olan Ağdam təmsilçisi qalib gələcəyi təqdirdə “Neftçi” ilə xal fərqini birə endirəcək.
Xatırladaq ki, “Neftçi” fevralın 16-da “Zirə” ilə görüşdə (0:0) xal itirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]