TOŞİYUKİ FUCİVARA: MƏQSƏDİMİZ YAPONİYA- AZƏRBAYCAN ƏMƏKDAŞLIĞINI GENİŞLƏNDİRMƏKDİR
Bunu AZƏRTAC-ın müxbirinə Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara demişdir. O vurğulamışdır ki, regionda siyasi sabitlik və iqtisadi inkişaf Yaponiyanın milli mənafeyinə uyğundur. Məqsədimiz burada iqtisadi əməkdaşlığı genişləndirmək və Yaponiyanın özəl bölməsinin şirkətlərini Azərbaycana cəlb etməkdir. Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sahəsində ümumi layihə payımız 14 faizdir. Yaponiya energetikanın, kənd təsərrüfatının inkişafı üçün də Azərbaycana yardım etmişdir. Onun sözlərinə görə, 6 il ərzində gündoğar ölkə Azərbaycanın kənd təsərrüfatına 22 milyon dollar məbləğində qrant ayırmışdır. Yaponiya hökuməti və şirkətləri birlikdə “Azərneftkimyamaş” ASC-yə 13 milyon dollar dəyərində texniki və maddi yardım göstərmişlər.
T.Fucivara demişdir ki, ölkələrimizin qarşılıqlı əlaqələri əməkdaşlığımızı hərtərəfli və davamlı inkişaf etdirməyə imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:33]
Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq
- 01.10.2026 [12:30]