TOVUZDA BİZNES-FORUM KEÇİRİLƏCƏK
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Tovuz Rayon İcra Hakimiyyəti rayonun potensial imkanlarından daha səmərəli istifadə olunması, sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılması, iş adamları üçün normal şərait yaradılması, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasının təmin edilməsi məqsədi ilə martın 14-də biznes-forum keçirəcəkdir.
Bakıda, respublikanın digər şəhər və rayonlarında, xarici ölkələrdə yaşayıb fəaliyyət göstərən tovuzlu iş adamlarının da qatılacağı tədbirdə rayonun potensial imkanlarına, təbii sərvətlərinə bir daha nəzər salınacaq, təkliflər dinləniləcək və geniş tədbirlər planı müəyyənləşdiriləcəkdir. Hazırda ayrı-ayrı sahələr üzrə yaradılmış işçi qrupları rayonun resursları, təbii-iqlim şəraitinə uyğun olaraq formalaşmış təsərrüfat sahələri, emal sənayesi və şərabçılığa dair daxil olmuş təklifləri ümumiləşdirir.
Biznes-forumda iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən rayonda yaz tarla işlərinin vaxtında aparılması üçün Tovuzda fəaliyyət göstərən bank şöbə və filiallarının, kredit birliklərinin fermerlərə, torpaq mülikiyyətçilərinə konkret təkliflər paketi də təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]