TOVUZDA BİZNES-FORUM KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, martın 14-də Tovuz rayon mədəniyyət evində iş adamlarının, tacirlərin, sahibkarların və rayon rəhbərlərinin iştirakı ilə “Rayonun potensial imkanlarından daha səmərəli istifadə olunmasına və bu sahədə sahibkarlığın inkişafına mane olan bəzi neqativ halların aradan qaldırılması, onlar üçün əlverişli şəraitin yaradılması”na həsr olunmuş biznes-forum keçirilmişdir.
Forumda rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov rayonun mövcud potensialından, sənaye və kənd təsərrüfatını inkişaf etdirmək üçün mövcud imkanlardan, istehsal sahələrini genişləndirməklə yeni iş yerlərinin açılması planlarından danışmışdır. O, nəzərdə tutulanların yerinə yetirilməsində forum iştirakçılarının böyük rolu olduğunu vurğulamışdır.
Yığıncaqda çıxış edən sahibkarlardan İsmayıl Hüseynov, Şəmistan Əsgərov, Sürəyya İsmayılova və başqaları məhsul bolluğu yaradılmasında, yeni iş yerlərinin açılmasında öz imkanlarından daha geniş istifadə edəcəklərini bildirmiş, bu tədbirlərin həyata keçirilməsi üçün konkret layihələrin olduğunu qeyd etmişlər.
Forum “dəyirmi masa” arxasında davam etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]