Tovuzda Qələbənin 66-cı ildönümü qeyd olunmuşdur
Tovuz, 9 may (AZƏRTAC). Tovuz şəhərindəki “Qəhrəmanlar parkı”nda 9 May-Qələbə Gününə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov çıxış edərək faşizm üzərində tarixi Qələbədə tovuzlu döyüşçülərin qəhrəmanlığından danışmışdır. Bildirmişdir ki, Böyük Vətən müharibəsində 7790 tovuzlu iştirak etmişdir. Bu dəhşətli müharibədən isə cəmi 1067 sağ qayıda bilmişdir. Tovuzun igid oğullarından Mərdan Musayev, Yusif Sadiqov və Məstan Əliyev ən yüksək mükafata-Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, minlərlə tovuzlu orden və medallarla təltif olunmuşdur. Natiq ölkəmizda müharibə veteranlarına göstərilən diqqət və qayğıdan da danışmışdır.
Sonra rayon rəhbərliyinin və ictimaiyyətin nümayəndələri, müharibə və əmək veteranları “Qəhrəmanlar parkı”nda Böyük Vətən müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış abidə kompleksinin önünə tər çiçək dəstələri qoyaraq, həyatlarını Qələbə naminə qurban verənlərin xatirəsini ehtiramla yad etmişlər.
Tədbir müharibə veteranları üçün açılmış bayram süfrəsi arxasında davam etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]