CƏMİYYƏT
Tramp administrasiyası xaricdən ucuz dərmanlar idxalına icazə verməyə hazırlaşır
![Tramp administrasiyası xaricdən ucuz dərmanlar idxalına icazə verməyə hazırlaşır](/files/2019/2/1200x630/15647295704277443098_1200x630.jpg)
Vaşinqton, 2 avqust, AZƏRTAC
Tramp administrasiyasının nümayəndələri xaricdən ucuz dərmanların idxalı üçün şərait yaradılacağını bildiriblər. AZƏRTAC xəbər verir ki, administrasiya bu yolla ABŞ-da dərmanlara qiymətlərinin aşağı salınmasına nail olmağa çalışır. Prezident dəfələrlə şikayətlənib ki, ABŞ-da reseptlə buraxılan dərmanlar bahadır.
Səhiyyə və Sosial Xidmətlər Nazirliyi tərəfindən dərc edilmiş planda ştatlara və apteklərə dərmanların idxalı üzrə pilot proqramlarını təsdiq üçün təqdim etməyə icazə verən qərar da daxildir. ABŞ-ın əczaçılıq sənayesinin nümayəndələri isə administrasiyanın bu planına kəskin etiraz ediblər. Onlar bildiriblər ki, başqa ölkələrdən ucuz dərmanların idxalı təhlükəli ola bilər, və Amerikada hazırlanan dərmanlarının qiymətlərinin aşağı salınmasına dair plan hazırlanması ABŞ üçün sadəcə zəruridir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton