Tramp-Putin görüşünün digər iştirakçıları açıqlanıb
Vaşinqton, 15 avqust, AZƏRTAC
Alyaskada Tramp-Putin görüşündə Rusiya Prezidentini kimlərin müşayiət edəcəyi məlum olub.
AZƏRTAC-ın məlumatına görə, əvvəlcə təkbətək nəzərdə tutulan görüşün sonradan üç-üç formatında keçirilməsi qərara alınıb. Görüşdə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov və Prezidentin müşaviri Yuri Uşakov da iştirak edəcək. Donald Trampa isə onun xüsusi elçisi Stiv Uitkoff və Dövlət katibi Marko Rubio qoşulacaq.
Ağ Evdən bildirilib ki, genişləndirilmiş iş naharında prezidentə Rubio, Uitkoff, müdafiə naziri Pit Heqset, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və Ağ Ev aparatının rəhbəri Syuzi Uayls qatılacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]