DÜNYA
Tunis sahillərində qeyri-qanuni miqrantları daşıyan 2 qayıq batıb
Qahirə, 3 yanvar, AZƏRTAC
Tunis sahillərində qeyri-qanuni miqrantları Avropaya daşıyan 2 qayığın batması nəticəsində itkin düşmüş insanlardan 27-sinin cəsədləri sudan çıxarılıb. 25 nəfər isə xilas edilib.
AZƏRTAC Tunisin “Cumhuriyyə” qəzetinə istinadla xəbər verir ki, Mülki müdafiə regional idarəsinin rəhbəri Ziyad əz-Zideyri qayıqların Kerkenna adası yaxınlığında batdığını bildirib. Zideyri əlavə edib ki, itkin düşənlərin axtarışı davam edir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə