TURİZM BİZNESİ MƏCBURİ KÖÇKÜNLƏRİN MƏNAFEYİNƏ TOXUNMAYACAQDIR
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov AZƏRTAC-ın müxbirinə demişdir ki, turizm biznesi doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın mənafeyinə toxunmayacaqdır. Ölkədə müasir standartlara cavab verən yeni turizm obyektləri tikiləcəkdir. Lakin mövcud obyektləri yenidən qurmaq istəyən iş adamları da ola bilər. Belə olacağı təqdirdə bu iş mövcud qanunvericiliyə uyğun, məcburi köçkünlərin mənafeyi pozulmadan həyata keçiriləcəkdir. Başqa sözlə, həmin obyektlərdəki soydaşlarımız daha rahat yaşayış yeri ilə təmin olunduqdan sonra köçürüləcəklər.
Xatırladaq ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda məcburi köçkünlərin məskunlaşdığı ictimai obyektlərin təmiri nəzərdə tutulmuşdur və bu iş ardıcıl olaraq həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]