“Turizm ili” çərçivəsində QHT layihələrinin maliyyələşdirilməsi üçün müsabiqə elan edilmişdir
Bakı, 17 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci il - “Turizm ili” çərçivəsində QHT layihələrinin maliyyələşdirilməsi üçün müsabiqə elan etmişdir.
Şuradan AZƏRTAC-a bildirmişlər ki, müsabiqədə əsasən, “Azərbaycanın turizm potensialının öyrənilməsi və təbliği”, “Azərbaycanın turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkənin təbiət abidələrinin tanıdılması”, “Azərbaycanda yeni turizm marşrutlarının müəyyən edilməsi və tanıdılması”, “Turizm təhsilinin gücləndirilməsinə yönəlmiş fəaliyyətlər”, “İşğal edilmiş ərazilərin turizm potensialı və müharibə nəticəsində turizm sektoruna təsirin öyrənilməsi”, “Ayrı-ayrı turizm növlərinin Azərbaycanda təbliğinə yönəlmiş fəaliyyətlər”, “Azərbaycanda turistlər üçün xalq yaradıcılığı işlərinin və suvenirlərin inkişafına yönəlmiş təşəbbüslər” üzrə layihələrə üstünlük veriləcəkdir. Müsabiqənin ümumi fondu 80 min manat təşkil edir.
Ərizələr mayın 16-dan iyunun 3-dək həftənin I-V günlərində (yalnız iş günləri) saat 10.00-dan 18.00-dək Şuranın ofisində qəbul olunur. Ərizə şəxsən təqdim edilməli və ya poçtla göndərilməlidir.
Müsabiqənin nəticələri 2011-ci ilin iyulun 1-dən sonra elan olunacaqdır.
Ərizənin elektron formasını, həmçinin müsabiqənin şərtləri, seçim meyarları və qiymətləndirmə qaydası ilə Şuranın www.cssn.gov.az və www.qhtxeber.az internet saytlarından tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]