TÜRK-AMERİKAN KONQRESİNİN 25-Cİ KONFRANSI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Türkiyənin dövlət naziri Gürşad Tüzmən, türk biznesmenləri və hökumət dairələrinin iştirak etdiyi konqresdə Türkiyə-ABŞ münasibətlərinin daha da inkişaf etdirilməsi üçün bəzi bürokratik əngəllərin aradan qaldırılmasından danışılmışdır. Birləşmiş Ştatların Ankaradakı səfiri Ross Uilson bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi zəruriliyini vurğulamışdır. Səfir, habelə, İranın nüvə proqramı ilə əlaqədar konsensus əldə olunmasında Tükiyənin dəstəyinin həlledici rol oynayacağını bildirmişdir.
ABŞ dövlət katibinin keçmiş köməkçisi Mark Qrossman ölkəsinin PKK terror təşkilatı ilə mübarizə sahəsində daha böyük səylər göstərməsini ön plana çəkmişdir.
ABŞ Prezidenti Corc Buş konqresin iclasına göndərdiyi təbrik məktubunda iki ölkə arasında əlaqələrin böyük potensialı olduğunu bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:45]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
- 10.10.2026 [11:18]
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib
- 10.10.2026 [01:21]